Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb

Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb UNEC-in inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb
Elm və təhsil
26 Dekabr , 2015 12:08
Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Son xəbərlər

Orphus sistemi