Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetində (ATU) TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) dil-treninq təlimlərinə hazırlıq başlanıb.
ATU-dan "Report"a verilən məlumata görə, layihə çərçivəsində ATU-da yeni avadanlıqlarla təchiz olunan otaq yaradılıb. Bu otaqda yeni multimediya sistemi quraşdırılıb, tədrisin müasirləşdirilməsi üçün bütün lazımi avadanlıqlar alınıb.
ATU-nun rektoru, akademik
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın sözlərinə görə, bu layihə artıq iki ildir ki, davam edir: "ATU da sözügedən layihənin iştirakçısıdır. Layihə çərçivəsində bizim universitetin müəllimləri digər ali təhsil ocaqlarının müəllimləri ilə bərabər xarici ölkədə dil kursları keçirlər. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə xarici dil tədrisinin səviyyəsini yüksəltməkdir".