“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin müraciət etməsinə imkan yaradılacaq
Elm və təhsil
31 Avqust , 2016 20:09
“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır

Bakı. 31 avqust. REPORT.AZ/ 2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi sentyabrın 1-6-da həyata keçiriləcək. 

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq. Avqustun 11-26-da keçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

“ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır.

“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi