Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq

Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq Arxeoparkların yaradılması məqsədilə qazıntılar aparılıb
Elm və təhsil
10 Fevral , 2016 16:37
Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq

Bakı. 10 fevral. REPORT.AZ/ "Arxeоlоgiya və Etnoqrafiya İnstitutu müasir dünya standartlarına uyğun arxeoparklar yaradacaq". "Report" xəbər verir ki, bunu AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, parkların yaradılması Azərbaycan Prezidentinin "Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq həyata keçirilir: "İnstitut tərəfindən arxeoparkların yaradılması məqsədilə abidənin ətrafında qazıntılar aparılıb".

N.Axundova onu da qeyd edib ki, rayonlarda aparılan genişmiqyaslı arxeoloji tədqiqat işləri nəticəsində əvvəllər elmə məlum olmayan onlarla arxeoloji abidələr aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi