AMEA prezidenti: "Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsi məsələsindən imtina etməlidir"

AMEA prezidenti: "Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsi məsələsindən imtina etməlidir" "Bunun üçün xüsusi qurumlar yaradılmalıdır"
Elm və təhsil
29 Fevral , 2016 16:06
AMEA prezidenti: Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsi məsələsindən imtina etməlidir

Bakı. 29 fevral. REPORT.AZ/ "Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsi məsələsindən imtina etməlidir". "Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının sədri Akif Əlizadə deyib.

O bildirib ki, şəxs adlarının tənzimlənməsi üçün xüsusi qurumlar yaradılmalıdır: "Şəxs adlarının tənzimlənməsi Terminologiya Komissiyasına səlahiyyətlərinə aid deyil. Komissiyanın əsasnaməsində şəxs adları ilə bağlı hər hansı bir bənd yoxdur. Komissiyanın tərkibindəki "Adlar, soyadlar şöbəsi" komissiyasından ayrılmalıdır".

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin tərkibində şəxs adlarının tənzimlənməsi ilə bağlı ayrıca komissiyanın yaradılmasını təklif edib. O bildirib ki, komissiyanın tərkibində bu qurumun fəaliyyəti görünmür.

Son xəbərlər

Orphus sistemi