AMEA prezidenti: "Şagirdlər arasında fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq azalır"

AMEA prezidenti: "Şagirdlər arasında fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq azalır" "Təhsilimizdə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur"
Elm və təhsil
19 Dekabr , 2014 12:32
AMEA prezidenti: Şagirdlər arasında fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq azalır

Bakı. 19 dekabr. REPORT.AZ/ "Bugünkü təhsilimizdə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur. "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib. 

O bildirib ki, virtual məkandakı təhsil interaktivliyin tamamilə yeni səviyyəsini bərqərar etməyə imkan verir, biliklərə yiyələnmə prosesini olduqca maraqlı edir: "Yalnız yeniləşən məktəb Azərbaycan elminin inkişafı üçün hava-su kimi lazım olan şəxsiyyəti formalaşdıra bilər". 

A.Əlizadənin sözlərinə görə, faktlar göstərir ki, şagirdlər arasında iqtisadi və humanitar elmlərə maraq artır, fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq gündən-günə azalır: "Sözsüz, bu üçlük: orta məktəb – universitet – Elmlər Akademiyası öz fəaliyyətini elə qurmalıdır ki, gələcək alimi biz 7-ci - 8-ci sinifdə aşkar edib, onunla işləməyə başlasın. Yalnız belə olan halda biz bugünkü mənfi tendensiyaları sındırıb yeni istedadlı nəslin elmə gəlməsini təmin edə bilərik".

O qeyd edib ki, bu gün Azərbaycan elminin maliyyələşməsi həm də qrant yolu ilə həyata keçirilir: "Aktiv işləyən elmi qrupların dəstəklənməsinə yönəlmiş qrant sistemi, sözsüz ki, müasir tələblərə uyğun olaraq təkmilləşməli və bunların kifayət qədər böyük hissəsi gənc alimlərin formalaşmasına yönəldilməlidir. Biz həm tələbələrə, həm ilk elmi dərəcəni almaq üçün çalışan gənc alimlərə, həm də artıq elmi dərəcəsi olan gənc kadrlara müstəqil elmi araşdırmalar üçün imkanlar yaratmalıyıq".

Son xəbərlər

Orphus sistemi