AMEA prezidenti İtaliyaya gedib

AMEA prezidenti İtaliyaya gedib İtaliyanın Milli Tədqiqat Şurası ilə AMEA arasında elmi əməkdaşlıq üzrə müqavilə yenilənəcək
Elm və təhsil
17 İyun , 2016 11:24
AMEA prezidenti İtaliyaya gedib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İtaliyaya gedib. 

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Xəbərə görə, iyunun 17-dən 26-dək davam edəcək səfərin məqsədi İtaliyanın Milli Tədqiqat Şurası (MTŞ) ilə AMEA arasında elmi əməkdaşlıq üzrə müqavilənin yenilənməsidir. Müqavilədə hər iki qurum arasında birgə tədqiqat layihələrinin və seminarların keçirilməsi nəzərdə tutulub.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun daxil olduqları nümayəndə heyəti əvvəlcə Milan Bikokka Universitetində görüşlər keçirəcək, daha sonra MTŞ-nin Roma ofisində müqavilə imzalama mərasimində iştirak edəcəklər.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə məruzəsi və son beş ildə birgə aparılan tədqiqatların hesabatı dinləniləcək.

Son xəbərlər

Orphus sistemi