AMEA-nın Tarix Muzeyi 300 eksponatın yer aldığı kataloq hazırlayıb

AMEA-nın Tarix Muzeyi 300 eksponatın yer aldığı kataloq hazırlayıb Çexiya oxucuları üçün nəzərdə tutulan kataloq hazırda Praqada sərgi ziyarətçilərinə paylanılır
Elm və təhsil
10 Dekabr , 2014 12:43
AMEA-nın Tarix Muzeyi 300 eksponatın yer aldığı kataloq hazırlayıb
Bakı. 10 dekabr. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Azərbaycan- möcüzəli Odlar Yurdu” adlı kataloq çapdan çıxıb. Muzeydən "Report"a verilən xəbərə görə, çex və ingilis dillərində hazırlanan nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

Əsasən Çexiya oxucuları üçün nəzərdə tutulan kataloq hazırda Praqa şəhərində böyük uğurla keçən eyniadlı sərginin ziyarətçilərinə paylanır.

Kataloqun ilk səhifələrində Milli Azərbaycan Tarixi və Çexiya Milli muzeylərinin direktorları Nailə Vəlixanlının və Mixal Lukeşin çex oxucularına müraciətləri yer alıb. Albom formatlı, 190 səhifəlik kataloqun birinci hissəsində Azərbaycan, onun adının mənşəyi, xalqın formalaşması, tarixi, mədəni irsi, turizm potensialı haqqında məlumat yerləşdirilib.

Kataloqun ikinci hissəsində sərgidə nümayiş olunan 300 eksponat haqqında ətraflı məlumat verilib. Hər eksponatın fotoşəkilləri ilə bərabər onun adı, tapılma yeri, ölçüləri, dövrü qeyd olunub.

Son xəbərlər

Orphus sistemi