​AMEA-nın strukturunda qismən dəyişiklik edilib

​AMEA-nın strukturunda qismən dəyişiklik edilib Akademiyanın Quba Regional Mərkəzi yaradılıb
Elm və təhsil
29 Aprel , 2015 15:06
​AMEA-nın strukturunda qismən dəyişiklik edilib

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın strukturunda qismən dəyişiklik edilməsi haqda qərar qəbul edilib.

"Report" xəbər verir ki, AMEA-nın Nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə daxil edilib. 

Bundan başqa, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edilib və tərkibi müəyyənləşdirilib.

İclasda AMEA-nın Quba Regional Mərkəzinin yaradılması məsələsinə də baxılıb. Rəyasət Heyətinin bu barədə vəsatətini nəzərə alaraq mərkəzin yaradılması haqqında qərar qəbul edilib. 

Qeyd olunub ki, AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi