AMEA-nın Şamaxı Rəsədxanasının və Radiasiya Problemləri İnstitutunun direktorları işdən çıxarılıb

AMEA-nın Şamaxı Rəsədxanasının və Radiasiya Problemləri İnstitutunun direktorları işdən çıxarılıb Onların yerinə müvəqqəti olaraq Namiq Cəlilov və Oqtay Səmədov təyin olunublar
Elm və təhsil
24 İyun , 2015 15:10
AMEA-nın Şamaxı Rəsədxanasının və Radiasiya Problemləri İnstitutunun direktorları işdən çıxarılıb

Bakı. 24 iyun. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.

Rəsədxana direktorunun səlahiyyətlərinin icrası müvəqqəti olaraq AMEA-nın müxbir üzvü Namiq Cəlilova tapşırılıb.  

Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Fizika elmləri doktoru Oqtay Səmədov institutun müvəqqəti direktoru təyin olunub.

Son xəbərlər

Orphus sistemi