AMEA-nın magistrlərinə yeni ixtisas kursu tədris olunacaq

AMEA-nın magistrlərinə yeni ixtisas kursu tədris olunacaq Kursu Kembric Universitetinin professoru Qərib Mürşüdov tədris edəcək
Elm və təhsil
15 Aprel , 2016 18:15
AMEA-nın magistrlərinə yeni ixtisas kursu tədris olunacaq

Magistrlərə “Struktur biologiyanın üsulları” ixtisas kursu tədris olunacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) magistrlərinə “Struktur biologiyanın üsulları” ixtisas kursu tədris olunacaq.

Bu barədə "Report" AMEA-nın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, AMEA-nın 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinə başlanılıb və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasına “Molekulyar biologiya” ixtisası üzrə 4 magistr qəbul olunub. Tədris ilinin II semestrində aprelin 20-30-da magistrlərə “Struktur biologiyanın üsulları” ixtisas kursu tədris olunacaq.

Kursu Böyük Britaniya MRC Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, Kembric Universitetinin professoru Qərib Mürşüdov tədris edəcək. Mühazirələr AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda hər gün saat 10:00-12:00-da (II gün saat 15:00 -18:00) keçiriləcək.

İştirak etmək istəyənlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi