AMEA-nın magistraturasında oxumaq istəyən bakalavrlar müsahibədən keçməlidir

AMEA-nın magistraturasında oxumaq istəyən bakalavrlar müsahibədən keçməlidir Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır
Elm və təhsil
1 May , 2015 16:22
AMEA-nın magistraturasında oxumaq istəyən bakalavrlar müsahibədən keçməlidir

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidirlər. 

AMEA-dan "Report"a verilən məlumata görə, müsahibə 4-8 may tarixlərində saat 10-dan 17-dək həyata keçiriləcək.

Müsahibə AMEA-nın Dilçilik İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Geologiya və Geofizika İnstitutu və Genetik Ehtiyatlar İnstitutunda keçiriləcək.

Qeyd edək ki, AMEA-ya magistr qəbulu yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. 

Son xəbərlər

Orphus sistemi