AMEA-nın illik ümumi yığıncağının tarixi açıqlanıb

AMEA-nın illik ümumi yığıncağının tarixi açıqlanıb Tədbirdə AMEA-nın adlı mükafatları təqdim ediləcək
Elm və təhsil
12 Mart , 2015 18:43
AMEA-nın illik ümumi yığıncağının tarixi açıqlanıb

Bakı. 12 mart. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə Akademiyanın illik ümumi yığıncağının aprelin 29-da keçirilməsi qərara alınıb. "Report" xəbər verir ki, qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

İclasda bildirilib ki, ümumi yığıncaqda Akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, eləcə də Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması məsələləri müzakirə olunacaq. Həmçinin vurğulanıb ki, AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.

Yığıncaqda AMEA-nın institut, elmi müəssisə və digər təşkilatlarının fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərgi təşkil edilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi