AMEA-nın ilk veb-müxbiri Fəxri Diplom ilə təltif olunub

AMEA-nın ilk veb-müxbiri Fəxri Diplom ilə təltif olunub T.Rəhimova "Elm və həyat" jurnalının məsul katibidir
Elm və təhsil
18 Dekabr , 2015 01:55
AMEA-nın ilk veb-müxbiri Fəxri Diplom ilə təltif olunub

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda www.science.az saytının yaradılmasının 20 illik yubileyi münasibəti ilə AMEA-nın ilk veb-müxbiri Turan Rəhimova “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Turan Rəhimova 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalist kimi əmək fəaliyyətinə başlayıb, science.gov.az veb-portalının ilk müxbiri olub, həmçinin science.gov.az, ict.gov.az veb saytlarına xəbər və informasiyaların toplanması, emal olunması, foto-şəkillərin çəkilməsi və dizayn olunması ilə məşğul olub.

T.Rəhimova hazırda AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsində rəis müavini vəzifəsində çalışır, "Elm və həyat" jurnalının məsul katibidir.

Son xəbərlər

Orphus sistemi