AMEA-nın Dilçilik İnstitutunda rəhbər vəzifələr üzrə seçki keçirilib

AMEA-nın Dilçilik İnstitutunda rəhbər vəzifələr üzrə seçki keçirilib Cahid Kazımov Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib
Elm və təhsil
22 Yanvar , 2016 15:50
AMEA-nın Dilçilik İnstitutunda rəhbər vəzifələr üzrə seçki keçirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda iclas keçirilib. “Report” xəbər verir ki, iclasda Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, institutun rəhbər şəxsləri və işçiləri iştirak edib.

İclasda Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid Kazımov institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Təranə Şükürlü və Rasim Heydərov isə onun müavinləri seçilib.

Son xəbərlər

Orphus sistemi