AMEA-nın akademik-katibi vəzifəsinə seçkilər keçirilib

AMEA-nın akademik-katibi vəzifəsinə seçkilər keçirilib Akif Əlizadə: “Hələlik vitse-prezident vəzifəsinə seçki keçirilməyəcək”
Elm və təhsil
29 Aprel , 2015 17:14
AMEA-nın akademik-katibi vəzifəsinə seçkilər keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın akademik-katibi vəzifəsinə seçkilər keçirilib. 

“Report” xəbər verir ki, seçkilər nəticəsində dünyasını dəyişmiş akademik-katib, vitse-prezident Akif Hacızadənin vəzifələrindən birinin sahibi məlum olub.

İclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, hələlik vitse-prezident vəzifəsinə seçki keçirilməyəcək: “Lakin akademik-katib vəzifəsini icra edən şəxs mütləq seçilməlidir”.

Məlum olub ki, AMEA-nın akademik-katibi vəzifəsinə Fizika İnstitutunun direktoru Nazim Məmmədov seçilib.

Bundan başqa, Humanitar və İctimai elmlər bölməsinin akademik-katibləri seçilib. Belə ki, Humanitar elmlər bölməsinin akademik-katibi vəzifəsini Teymur Kərimli, İctimai elmlər bölməsinin akademik-katibi vəzifəsini Nərgiz Axundova, Yer elmləri bölməsinin akademik-katibi vəzifəsini Fəxrəddin Qədirov, Kimya elmləri bölməsinin akademik-katibi vəzifəsini Dilqəm Tağıyev, Fizika-riyaziyyat elmləri bölməsinin akademik-katibi vəzifəsini Nazim Məmmədov, Akademiyanın akademik-katibi vəzifəsini Rasim Əliquliyev, Gəncə bölməsinin rəhbər və akademik-katibi vəzifəsini isə Fuad Əliyev tutub.

Son xəbərlər

Orphus sistemi