AMEA Naxçıvan Bölməsində “Azərbaycanın Milli Atlası” təqdim olunub

AMEA Naxçıvan Bölməsində “Azərbaycanın Milli Atlası” təqdim olunub 10 bölmədən ibarət olan Milli Atlas 800-dən çox xəritələri ehtiva edir
Elm və təhsil
12 Yanvar , 2015 10:42
AMEA Naxçıvan Bölməsində “Azərbaycanın Milli Atlası” təqdim olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Milli Atlası indiyə kimi çap edilən mükəmməl mənbə kimi qiymətləndirib, Azərbaycanın dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Onun sözlərinə görə, atlas əhatəli elmi məlumatları ehtiva etməklə, Azərbaycan haqqında dolğun təsəvvür yaradır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Atlası” Azərbaycanla bağlı ən mükəmməl kartoqrafik nəşrdir. Atlasda geniş elmi məlumatlarla yanaşı, xəritələr, cədvəllər, qrafiklər və Azərbaycanın illüstrasiyalı slaydları verilib. Kartoqrafik təsvir yalnız Azərbaycan dilində, xəritələrin izahlı mətni isə 3 dildə verilib. Atlasda Azərbaycanın inzibati quruluşu, tarixi, təbiəti, florası, faunası, iqtisadiyyatı, mədəniyyəti və turizmi haqqında ətraflı məlumat yer alıb. 10 bölmədən ibarət olan Milli Atlas 800-dən çox xəritələri ehtiva edir.

Son xəbərlər

Orphus sistemi