Məleykə Abbaszadə: "AMEA magistratura səviyyəsinə qəbulla bağlı TQDK-ya hələlik heç bir rəsmi sənəd təqdim olunmayıb"

Məleykə Abbaszadə: "AMEA magistratura səviyyəsinə qəbulla bağlı TQDK-ya hələlik heç bir rəsmi sənəd təqdim olunmayıb" "İnanırıq ki, onlar Təhsil Nazirliyindən lazım olan lisenziyanı alıblar"
Elm və təhsil
6 Fevral , 2015 16:45
Məleykə Abbaszadə: AMEA magistratura səviyyəsinə qəbulla bağlı TQDK-ya hələlik heç bir rəsmi sənəd təqdim olunmayıb

Bakı. 6 fevral. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbulun aparılması ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) hələlik heç bir rəsmi sənəd təqdim olunmayıb. İnanırıq ki, onlar Təhsil Nazirliyindən lazım olan lisenziyanı alıblar". "Report" xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. 

O xatırladıb ki, Akademiyanın magistratura pilləsinə qəbul aparmaq üçün iki çıxış yolu var: "Həmin quruma ya Təhsil Nazirliyi tərəfindən lisenziya verilməli, ya da "Təhsil haqqında" qanununda dəyişiklik edilməlidir. Bundan başqa, gərək elmi-tədqiqat institutuna lisenziya verilsin ki, o bu sahə üzrə tədris apara bilsin. Akademiyada magistraturaya qəbul məsələsində ikinci yol seçilib. Lisenziya alınıbsa, deməli, məsələ hüquqi müstəvidə həll olunub".

Komissiya sədri əlavə edib ki, Akademiyaya magistraturaya sənəd vermək istəyənlər ilk olaraq TQDK-nın fevralın 22-də keçirəcəyi imtahanın I mərhələsində iştirak etməlidir: "Seçim isə ikinci mərhələdə aparılacaq. Qeyd edim ki, II mərhələyə seçimdə müəyyən yeniliklər olacaq".

Son xəbərlər

Orphus sistemi