Akif Əlizadə: "AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirir"

Akif Əlizadə: "AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirir" AMEA prezidenti Kembric Universitetinin nümayəndəsi ilə görüşüb
Elm və təhsil
10 Yanvar , 2015 10:27
Akif Əlizadə: AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirir

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İngiltərənin Kembric Universitetinin (KU) elmi işlər üzrə direktoru, professor Devid Mundi ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

Akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb.

D.Mundi isə səmimi qəbula görə öz təşəkkürünü bildirib və Kembric Universitetindəki təhsil prosesi haqqında məlumat verib.

Görüşdə Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirir.

Dünya təcrübəsində tətbiq olunan geoloji kəşfiyyat, fiziki, kimyəvi metodlardan da danışan AMEA rəhbəri bu sahədə akademiyanın ciddi uğurlar qazandığını diqqətə çatdırıb.

Sonda KU və AMEA-nın elm-təhsil mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi