Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu vakansiya elan edib.
Bu barədə "Report"a İnstitutdan məlumat verilib.
Məlumata görə, dəqiq elmlər üzrə (riyaziyyat, fizika, biologiya, kimya və s.) magistr yaxud PHD dərəcəsi, xarici dil və kompüter bilikləri olan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilər.