AMEA doktorant və dissertant olmaq istəyənlərə müraciət edib

AMEA doktorant və dissertant olmaq istəyənlərə müraciət edib İmtahanlara görə ödənişi AMEA-nın Rəyasət Heyəti həyata keçirəcək
Elm və təhsil
21 İyul , 2015 10:43
AMEA doktorant və dissertant olmaq istəyənlərə müraciət edib

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktorant və dissertant olmaq istəyən şəxslərə müraciət edib. AMEA-dan "Report"a verilən xəbərə görə, "GRBS" Beynəlxalq İmtahan Mərkəzi və "Beynəlxalq Dil Mərkəzi” ilə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək üçün müqavilə bağlanıb.

Doktoranturaya qəbul və doktorluq imtahanlarına görə ödənişi AMEA-nın Rəyasət Heyəti həyata keçirəcək.

Həmin dil mərkəzləri imtahan qəbul etməklə yanaşı, AMEA-nın doktorant və dissertantları üçün güzəştli şərtlərlə hazırlıq kursları da təşkil edir. Hazırlıq keçmək istəyən doktorant və dissertantlar aşağıdakı ünvanlara müraciət edə bilərlər:

- İngilis dilindən IELTS və TOEFL proqramları üzrə - "GRBS" Beynəlxalq İmtahan Mərkəzi (Bakı ş. Səməd Vurğun küç., 77 ( Zabitlər Parkında)

Telefon: (+994 12) 5051051

Mobil: (+994 50) 8541522

Faks: (+994 12) 5051061

E-mail: [email protected]

Əlaqələndirici şəxs: Elmar Səlimov

- Alman və fransız dilləri üzrə - "Beynəlxalq Dil Mərkəzi" ( Bakı ş, Cəfər Cabbarlı küç., 29) 

Telefon: (+994 12) 5958261

Mobil:(+994 50) 6886303

Faks: (+994 12) 5958261

E-mail: [email protected]

Əlaqələndirici şəxs: İnarə Əliyeva

Son xəbərlər

Orphus sistemi