​AMEA Direktorlar Şurasının növbəti iclası keçirilir

​AMEA Direktorlar Şurasının növbəti iclası keçirilir Gündəliyə Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi, illik hesabatların müzakirəsinin təşkili və digər məsələlər daxil edilib
Elm və təhsil
17 Dekabr , 2014 15:21
​AMEA Direktorlar Şurasının növbəti iclası keçirilir

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirilir. "Report" xəbər verir ki, iclasda akademiyanın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının idarə və şöbə rəisləri, habelə gündəlikdəki məsələlərə aidiyyəti olan digər alim və mütəxəssislər iştirak edirlər.

İclasın gündəliyində Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi, illik hesabatların müzakirəsinin təşkili, elmi-tədqiqat proqramlarının müsabiqəsi, innovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi və AMEA-nın nəşriyyat planının müzakirə edilməsi yer alıb.

Xatırladaq ki, AMEA Elmi Müəssisələrinin Direktorlar Şurası AMEA Rəyasət Heyətinin keçən il oktyabrın 17-də keçirilən iclasında yaradılıb. Məqsəd AMEA-da idarəetmənin və aparılan islahatların səmərəliliyinin artırılması, elmi müəssisələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin hazırlanması, həmçinin inzibati-idarəetmə sahəsində peşəkarlığın yüksəldilməsidir.

Qeyd edək ki, AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının sədri akademiyanın prezidenti, akademik Akif Əlizadədir.

Son xəbərlər

Orphus sistemi