AMEA-da tələbə və müəllimlər üçün dil kursları təşkil olunub

AMEA-da tələbə və müəllimlər üçün dil kursları təşkil olunub Kurslar 3 müxtəlif səviyyədən ibarət olacaq
Elm və təhsil
5 May , 2016 14:25
AMEA-da tələbə və müəllimlər üçün dil kursları təşkil olunub

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi işçi, doktorant, dissertant və magistratlar üçün rus və ingilis dilləri üzrə tədris kursları, həmçinin elmin ən son nailiyyətləri haqqında mühazirələr təşkil olunub.

Bu barədə "Report"a GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu il fevral ayında imzaladığı müvafiq sərəncamdan irəli gələn bu işlər institutun elmi kadr potensialını inkişaf etdirmək məqsədi daşıyır.

Xarici dil kursları 3 müxtəlif səviyyədən ibarət olacaq. Üç aydan bir imtahanlar keçirilərək tələbə və müəllimlərin dil səviyyəsi yoxlanılacaq. yoxlanılacaq. Yay məzuniyyətlərindən sonra - sentyabrda kursların ikinci səviyyəsi başlayacaq. Hər səviyyənin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Silsilə mühazirələr isə gənc alim və mütəxəssislərin elmi dünyagörüşünün genişləndirilməsi və xarici dil biliklərinin yüksəldilməsinə xidmət edir. Bu məqsədlə ilk seminar “Müasir riyazi statistik üsulların geoloji-geofiziki tədqiqatlarda tətbiqi” mövzusu üzrə keçirilib. GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının(GAMŞ) rəhbəri, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə AMEA-nın müxbir üzvü Qərib Calalov geniş məruzə ilə çıxış edib, gənclərin çoxsaylı suallarını cavablandırıb.

Sonda qeyd olunub ki, bu cür mühazirələr GAMŞ-ın seminarlarında davam etdiriləcək

Son xəbərlər

Orphus sistemi