​AMEA-da “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi yaradılıb

​AMEA-da “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi yaradılıb İdarənin yeni nizamnaməsi təsdiq edilib
Elm və təhsil
6 Noyabr , 2014 12:46
Bakı. 6 noyabr. REPORT.AZ/ “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin bazasında “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi yaradılıb. “Report”un xəbəbrinə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin “Elm” Redaksiya-Poliqrafiya Mərkəzinin yaradılması haqqında” 7 aprel 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib, Rəyasət Heyətinin “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi ləğv edilib. Həmçinin “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinin yeni nizamnaməsi təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi