AMEA-da e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

AMEA-da e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək Monitorinqin təşkili AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb
Elm və təhsil
5 Mart , 2015 20:21
AMEA-da e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ AMEA-da e-elmin mövcud vəziyyətinin monitorinqinin keçirilməsi qərara alınıb. "Report" xəbər verir ki, bu barədə AMEA-nın 2014-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunan iclasda qərar qəbul edilib.

Məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında İKT ilə təminatın vəziyyətini analiz etmək, qiymətləndirmək, rəqəmsal fərqləri aşkarlamaq, növbəti dövr üçün e-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirməkdir.

Monitorinqin təşkili və nəticələri əsasında hesabatın hazırlanması AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

Son xəbərlər

Orphus sistemi