Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün AMEA Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans start götürüb. “Report”un məlumatına görə, tədbirdə Ukrayna, Qazaxıstan, Gürcüstan, İran, Rusiya, Belarus və digər ölkələrin alimləri, dövlət rəsmiləri, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Yubiley tədbirini giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. O, Coğrafiya İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıb. AMEA rəhbəri bildirib ki, iki gün davam edəcək konfransda müasir qlobal dəyişmələr, onların təbii-təsərrüfat sistemlərində, su ehtiyatları ilə təminatda,