AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun müşavirəsi keçiriləcək

AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun müşavirəsi keçiriləcək Tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcəklər
Elm və təhsil
6 Oktyabr , 2016 16:58
AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun müşavirəsi keçiriləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun yubileyi ilə əlaqədar tədbir təşkil olunacaq. 

AMEA-dan "Report"a verilən məlumata görə, oktyabrın 12-də AMEA Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illik yubileyi ilə əlaqədar həmin quruma üzv ölkələrinin Səlahiyyətli Nümayəndələri Komitəsinin sədri yanında İşçi Qrupunun müşavirəsi keçiriləcək.

Oktyabrın 13-14-də isə AMEA-nın Alimlər Evində ölkədə “BNTİ günləri”nə həsr olunan tədbirlər təşkil olunacaq.

Tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi