Almaniyada BANM-lə bağlı müzakirələr aparılıb

Almaniyada BANM-lə bağlı müzakirələr aparılıb Ali Məktəbin professoru Siyavuş Azakov Almaniyanın Berlin və Axen şəhərlərində səfərdə olub
Elm və təhsil
20 May , 2016 14:25
Almaniyada BANM-lə bağlı müzakirələr aparılıb

Bakı. 20 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Siyavuş Azakov Almaniyanın Berlin və Axen şəhərlərində səfərdə olub.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Azərbaycandan olan nümayəndə heyəti Almaniya və Azərbaycan Ticarət Palatası və Almaniyanın RENAC AG bərpaolunan enerji Akademiyasının birgə təşkil etdiyi tədbirlərdə ilk olaraq bərpaolunan enerji istifadəsinin genişlənməsi ilə əlaqədar mövcud olan imkanları və çətinlikləri müzakirə etmək məqsədi ilə iştirak edib.

Səfər zamanı iştirakçılar Berlindən 60 kilometr məsafədə yerləşən kiçik Feldheim kəndini ziyarət ediblər. Onlar külək enerjisini əldə olunması üçün fəaliyyət göstərən stansiya (76 MW), bio qaz istehsalı üzrə qurğu, kənd təsərrüfatı istehsalı tullantılarındanistiliyin alınması mərkəzi ilə tanış olublar. Həmçinin, iştirakçıların Berlinin Şərqində yerləşən “Elm şəhəri” adlandırılanAdlershof Texnoloji Parkada səfərləri baş tutub.

Professor Siyavuş Azakov səfər çərçivəsində Almaniyanın Axen şəhərində yerləşən E.ON şirkətinin Axen Texniki Universitetinin nəzdində olan Enerji Tədqiqat Mərkəzində olub və orada BANM və Axen Universitetinin enerji tədqiqat mərkəzi arasında 2015-ci ilin aprel ayında bağlanan niyyət məktubu ilə nəzərdə tutulan əməkdaşlığın həyata keçirilməsi üçün gələcək addımları müzakirə edib.O, Enerji Tədqiqat Mərkəzinin beş institutundan biri olan Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutunun direktoru Professor Kristof Klauzerlədə görüşüb.

Görüş zamanı BANM-də yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutunda aparılan tədqiqat və tədris prosesi, laboratoriyalar haqqında fikir mübadiləsi aparılıb. Həmçinin, tərəflər arasında BANM və Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutu arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Axen Universitetinə məxsus olan Enerji Tədqiqat Mərkəzi elektrik mühəndisliyi, informasiya və kommunikasiya mühəndisliyi, kompüter elmləri, biznes və iqtisadiyyat, mexaniki mühəndislik və geotermal mənbələr sahəsində ixtisaslaşıb. Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutununtədqiqat dairəsinə aşağıdakilar daxildir: geotermal istilik və soyuducu sistemlər, geotermal enerjidən istifadə, geoloji CO2–inakkumulyasiyası, petrofizika, geofizika və rezervuarların kompüterdə simulyasiyası.

Son xəbərlər

Orphus sistemi