"Alimlər Evi"nin açılış mərasimi olub

"Alimlər Evi"nin açılış mərasimi olub Tədbirdə AMEA prezidenti Akif Əlizadə çıxış edib
Elm və təhsil
17 Mart , 2016 15:49
Alimlər Evinin açılış mərasimi olub

Bakı. 17 mart. REPORT.AZ/ Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində təsis edilən "Alimlər Evi"nin açılış mərasimi olub.

"Report"un xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə bildirib ki, Akademiyanın "Alimlər Evi"nin və poliklinikasının yaradılması həmişə diqqət mərkəzində olub: "Alimlər Evi"nin yaradılmasının əsas məqsədi alimlər arasında yaxşı yoldaşlıq münasibəti yaratmaqdır. Alimlər bir-biriləri ilə elmi işlər barədə müzakirələr apara bilirlər. Bu ev alimlərin yığıncaq evinə çevriləcək və burada tam azad şəraitdə elmi, mədəni mühit yaranacaq. Burada sərgilər, diskussiyalar təşkil oluna bilər".

Qeyd edək ki, "Alimlər Evi" Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb

Son xəbərlər

Orphus sistemi