Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qeydiyyat başlayıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qeydiyyat başlayıb Abituriyentlər avqustun 22-dən 31-dək qeydiyyatdan keçməlidirlər
Elm və təhsil
22 Avqust , 2016 09:58
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qeydiyyat başlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. 

Komissiyadan bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi