Ali məktəblərə qəbulda müsabiqəyə buraxılmaq üçün tələb edilən minimal bal artırılıb

Ali məktəblərə qəbulda müsabiqəyə buraxılmaq üçün tələb edilən minimal bal artırılıb TQDK sədri: "Həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq"
Elm və təhsil
10 May , 2015 10:58
Ali məktəblərə qəbulda müsabiqəyə buraxılmaq üçün tələb edilən minimal bal artırılıb

Bakı. 10 may. REPORT.AZ/ “Bu il ali məktəblərə qəbul imtahanında I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq müsabiqəyə buraxılmaq üçün tələb edilən minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq. “İndiyə qədər bu tələb dövlət sifarişli ixtisaslar üçün qoyulurdu”, - TQDK sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi