Akif Əlizadə: "Bu il AMEA üzrə 60-dan çox magistr yeri ayrılacaq"

Akif Əlizadə: "Bu il AMEA üzrə 60-dan çox magistr yeri ayrılacaq" "Hazırda AMEA-da magistratura üzrə xeyli canlanma var"
Elm və təhsil
7 İyun , 2016 11:32
Akif Əlizadə: Bu il AMEA üzrə 60-dan çox magistr yeri ayrılacaq

Bakı. 7 iyun. REPORT.AZ/ "Hazırda AMEA-da magistratura üzrə xeyli canlanma var. Bunu nəzərə alaraq bu il Akademiyanın magistratura səviyyəsi üçün 60-dan çox yer ayrılacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə deyib.

A.Əlizadə Prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünə də münasibət bildirib: "Biz bu təşəbbüsü alqışlayırıq. Bu addım təhsilə, kadr hazırlığına böyük zəmin yaradacaq".

Son xəbərlər

Orphus sistemi