Akif Əlizadə Azərbaycanın Bolqarıstana yeni təyin olunmuş xanım səfiriylə görüşüb

Akif Əlizadə Azərbaycanın Bolqarıstana yeni təyin olunmuş xanım səfiriylə görüşüb Akademik: "İki ölkənin akademiyaları arasında əməkdaşlıq sənədi imzaya hazırdır"
Elm və təhsil
22 Yanvar , 2016 20:05
Akif Əlizadə Azərbaycanın Bolqarıstana yeni təyin olunmuş xanım səfiriylə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycanın Bolqarıstana yeni təyin olunmuş xanım səfiri Nərgiz Qurbanovanı qəbul edib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Akademik Akif Əlizadə səfiri yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib.

Akademiyanın yaranma tarixi və inkişafı haqqında söhbət açan akademik bildirib ki, ötən il AMEA-nın təntənəli şəkildə qeyd edilmiş 70 illik yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak edərək institut və təşkilatların gələcək fəaliyyətini planlaşdıran elmi prioritetlər irəli sürüb. Akademik Akif Əlizadə ölkə rəhbərliyi tərəfindən elmə, o cümlədən AMEA-ya diqqət və qayğı göstərildiyini vurğulayıb. Həmçinin akademik Akif Əlizadə AMEA-da magistratura təhsilinin təşkili sahəsində görülən işlərdən danışaraq bildirib ki,

Azərbaycanla Bolqarıstanın elmi əlaqələrindən bəhs edərkən AMEA prezidenti iki ölkənin akademiyaları arasında əməkdaşlıq sənədinin imzaya hazır olduğunu və səfirdən gələcək inkişafa dair tədbirlər görməyi xahiş edib.

Səfir Nərgiz Qurbanova qeyd edib ki, ötən il Azərbaycan Prezidentinin Bolqarıstana səmərəli səfəri baş tutub və bu səfər çərçivəsində ölkələr arasında strateji əməkdaşlıq haqqında mühüm sənəd imzalanıb: "Bu cür sənədlər əsasında Azərbaycan gələcəkdə müxtəlif sahələrdə, o cümlədən elm sahəsində öz beynəlxalq əlaqələrini inkişaf etdirəcək. Akademiyalar arasında sıx əməkdaşlığın yaranması üçün səylərimi əsirgəməyəcəm".

Sonda akademik Akif Əlizadə səfirə can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, qonağa xatirə hədiyyələri təqdim edib.

Son xəbərlər

Orphus sistemi