Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) "Elm və incəsənət cəngavəri" fəxri adına layiq görülüb. "Report" xəbər verir ki, AMEA Rəyasət Heyətinin iclasında AMEA prezidenti, akademik Akif Əlizadə fəxri adı və döş nişanını X.Yusifzadəyə təqdim edib.
Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Elmira Ramazanovaya "Yer təkinin sistemli araşdırmaları" seksiyası üzrə RTEA-nın xarici üzvü diplomu təqdim olunub.