Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycan elminə böyük itki üz verib: “Ağamusa Axundov Azərbaycan filologiya elminin klassiki idi. O böyük elmi məktəb yaratmışdı. O təkcə alim deyildi, həm də böyük ziyalı idi”.
Akademik İsa Həbibbəyli Ağamusa Axundovun bir neçə elmi məktəbin yaradıcısı və banisi olduğunu deyib. O bildirib ki, Ağamusa Axundov yalnız dil sahəsində deyil, ədəbiyyatşünaslıq sahəsində də böyük işlər görüb: “Onun dilçilik məktəbinin onlarla davamçıları var. Ağamusa müəllim Azərbaycan elminin beynəlxalq əlaqələrinə böyük töhfələr verib”.
Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub.
Akademik Ağamusa Axundovla vida mərasimi keçirilir - FOTO
Elm və təhsil
7 Sentyabr , 2015
14:57
https://static.report.az/photo/c69e54db-b83d-456d-aece-62671c0c18e7.jpg