​Ağcabədidə gənclərin ideya yarmarkası keçirilib

​Ağcabədidə gənclərin ideya yarmarkası keçirilib Gənclər üçün Təhsil Mərkəzi qalib gələn 3 ideyanın reallaşmasında yaxından iştirak edəcək
Elm və təhsil
28 İyul , 2016 20:41
​Ağcabədidə gənclərin ideya yarmarkası keçirilib

Bakı. 28 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində Ağcabədi rayonunda gənclərin ideya yarmarkasını keçirib.

GTM-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Qarabağ bölgəsi gənclərinin böyük marağına səbəb olan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.

Öncədən layihə yazılışı və idarəedilməsi təlimlərində iştirak edən 100-dən çox gənc yarmarkaya 50 dən çox ideya ilə qatılıb. İdeya yarmarkasını giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova 3 ay müddətində həyata keçirilmiş layihə haqqında məlumat verərək , Qarabağ gənclərinin inovativ ideyalarını, təşəbbüskarlıqlarını yüksək qiymətləndirib və Mərkəz olaraq onların ideyalarını həyata keçirmək üçün yaxın müddətdə dövlət və özəl sektor ilə birgə fəaliyyətə başlayacaqlarını bildirib.

Digər çıxış edən qonaqlar da təşkil edilən ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclər üçün yaradılan şəraiti yüksək qiymətləndirib onların hərtərəfli inkişafını ölkənin sosial, mənəvi inkişafının tərkib hissəsini təşkil etdiyini və gənclərin Azərbaycanın inkişafında özlərinə layiqli yer tutmaları üçün dövlətimizin əlindən gələni etdiyini vurğulayıblar.

Daha sonra ideya yarmarkası öz işinə başlamış, iştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim ediblər.

Gənclərin regionun sosial-iqtisadi inkişafına hesablanmış sahibkarlıq fəaliyyəti, onlar üçün konsaltinq və informasiya xidmətlərinin göstərilməsi, ictimai kitabxanaların inkişafına kömək, kənd təsərrüfatının inkişafı, gənc fermərlərə dəstək, peşə təhsili, turizm bələdçilərinin hazırlanması və s. istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunub, müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən 3 ən çox səs toplayan ideyalar yüksək qiymətləndirilib.

Sonda bildirilib ki, mərkəz qalib gələn 3 ideyanın reallaşmasında yaxından iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi