Ağcabədi və Mingəçevirdə uşaq və yeniyetmələr üçün Hüquq Klinikası yaradılacaq

Ağcabədi və Mingəçevirdə uşaq və yeniyetmələr üçün Hüquq Klinikası yaradılacaq Regionlarda ​"Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi" təlimləri başlayıb
Elm və təhsil
18 Avqust , 2015 16:56
Ağcabədi və Mingəçevirdə uşaq və yeniyetmələr üçün Hüquq Klinikası yaradılacaq

Bakı. 18 avqust. REPORT.AZ/ "Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi" layihəsi çərçivəsində 5 günlük "Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi" təlimlərinə start verilib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə layihəsi olan "Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

Tədbirin açılışında UNİCEF-in Azərbaycandakı ofisinin Uşaq müdafiəsi şöbəsinin rəhbəri Ramiz Behbudov çıxış edərək, layihənin həyata keçiriləcəyi regionlar, əhatə olunan sahə üzrə fəaliyyət göstərən müxtəlif qurumlar arasında koordinasiya işləri, həbsdən yayındırma proqramları və s. barədə iştirakçılara məlumat verib.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə öz növbəsində bu layihə çərçivəsində Ağcabədi və Mingəçevir regional ofislərində uşaq və yeniyetmələrin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi üçün yaradılacaq Hüquq Klinikasından söhbət açıb. Bildirib ki, ərazidə 18 yaşa çatmayan istənilən şəxs hər hansı qanun pozuntusuna yol verərsə, dindirilmə zamanı təmənnasız hüquqşünas xidmətimizdən yararlanacaq.

Qeyd edək ki, təlimləri yuvenal ədliyyə və uşaqların müdafiəsi üzrə Böyük Britaniyanın Koram Uşaq Hüquq Mərkəzinin məsləhətçisi, 1984-cü ildən etibarən Hüquqi Yardım Məhkəmə vəkili olan Devid Quen keçirib. Təlimin fasilitatorları isə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev və hüquqşünas Ramil İskəndərlidir.

Son xəbərlər

Orphus sistemi