​ADU-da Yaponiya bayramı qeyd olunub

​ADU-da Yaponiya bayramı qeyd olunub Yaponşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Yaponiyanın müxtəlif mədəniyyət və incəsənət sahələrinə aid təqdimatla çıxış ediblər
Elm və təhsil
4 Mart , 2016 21:20
​ADU-da Yaponiya bayramı qeyd olunub

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində ali təhsil müəssisəsinin Yapon mərkəzinin təşkilatçılığı ilə yapon bayramı olan “Hinamatsuri" gününə həsr olunmuş tədbir keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, Yapon mərkəzinin mütəxəssisi Xanım Xəlilova çıxışında martın 3-də Yaponiyada keçirilən “Hinamatsuri” bayramı barədə geniş məlumat verib, bayramın həmin ölkədə çox məşhur olduğunu və geniş şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

Daha sonra Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Yaponiyanın müxtəlif mədəniyyət və incəsənət sahələrinə aid təqdimatla çıxış ediblər.

Yapon milli geyimində çıxış edən tələbələr bu ölkənin özünəməxsus mətbəxi, geyimi, çay mərasimi, filmi, müasir küçə dəbi, manqa, anime, geyşa, həmçinin yapon kalliqrafiyası və digər sahələr ilə bağlı ətraflı məlumat veriblər. 

Son xəbərlər

Orphus sistemi