ADU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir təşkil olunub

ADU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir təşkil olunub Qonaqlar tədbirin tələbələr üçün əhəmiyyətindən danışıblar
Elm və təhsil
11 Mart , 2016 21:30
ADU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir təşkil olunub

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının təşəbbüsü ilə “1 mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunan tədbirlər planı çərçivəsində “Fövqəladə hallar zamanı əhalinin stress vəziyyətindən çıxarılmasının psixoloji xüsusiyyətləri” mövzusunda seminar keçirildi.

ADU-dan “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən kafedra müdiri Sevda Zamanova seminarın tələbələr üçün yararlı olacağını qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, kardioloq Tofiq Sadıqov qəfləti ürək ölümü, onun yaranma səbəbləri, qarşısının alınması istiqamətində görüləcək profilaktik tədbirlər haqqında ümümi məlumat verdi.

Sonda mövzu ilə bağlı məlumatları əks etdirən maarifləndirici sənədli film nümayiş olundu.

Son xəbərlər

Orphus sistemi