​ADU-da “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib

​ADU-da “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib "Qadınlarsız bəşər sivilizasiyasından danışmaq mümkünsüzdür"
Elm və təhsil
4 Mart , 2015 20:24
​ADU-da “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində ali təhsil müəssisəsinin Qadınlar Şurasının təşkilatçılığı ilə “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, ADU Qadınlar Şurasının sədri Məsməxanım Qazıyeva çıxışında qadınların ailə və cəmiyyət həyatında iştirakının olmadığı halda, bəşər sivilizasiyasından danışmağın mümkünsüzlüyünü bildirib.

Konfransda digər çıxışçılar qadınların tarixdə bəşəriyyətə qarşı iddialı olması, ADU-da qadınların əksəriyyətinin yüksək vəzifələri icra etmələri, elm, siyasət və digər sahələrdə onların xüsusi rollarının olması, beynəlxalq hüquqları və digər məsələlər haqqında fikirlərini bölüşüblər, eyni zamanda, konfransda iştirak edən qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək işlərində uğurlar, ailə səadəti arzulayıblar.

Konfrans müzakirələrlə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi