ADU-da ərəb dili üzrə treninqlərin keçirilməsi müzakirə olunub

ADU-da ərəb dili üzrə treninqlərin keçirilməsi müzakirə olunub Misir Mədəniyyət Mərkəzinin rəhbəri ADU-da olub
Elm və təhsil
5 Fevral , 2016 20:58
ADU-da ərəb dili üzrə treninqlərin keçirilməsi müzakirə olunub

Bakı. 5 fevral. REPORT.AZ/ Misirin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə Azərbaycan Dillər Universitetinin rektor vəzifəsini icra edən Dünyamin Yunusov arasında görüş keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı ADU ilə əməkdaşlıq müzakirə olunub.

Görüş zamanı tərəflər arasında həyata keçirilən birgə layihələr, fəaliyyətlər barədə danışılıb. Ə.S.Elaydi Dillər Universitetində ərəb dilinin tədris edilməsindən məmnunluğunu bildirib.

Bundan başqa, tərəflər birgə əməkdaşlığın genişləndirilməsi üçün Misir Ərəb Ərəb Respublikasından dəvət olunmuş ərəb dili üzrə mütəxəssislər tərəfindən Dillər Universietində tələbələr üçün treninqlərin keçirilməsi təklifini müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi