​ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir keçirilib

​ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir keçirilib Tədbirdə İordaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak ediblər
Elm və təhsil
1 Dekabr , 2015 20:00
​ADU-da Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət adlı tədbir keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Dünya xalqlarının folklor mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, tədbiri ali təhsil müəssisəsinin Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov açaraq Azərbaycan-İordaniya münasibətlərinin tarixi, iki ölkə arasındakı dostluq, çoxtərəfli əlaqələrin inkişafı barədə danışıb.

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin konsulu Saad Hasal isə çıxışında bu kimi görüşlərin Azərbaycan və Ərəb ölkələri arasında mövcud olan münasibətləri daha da gücləndirdiyini qeyd edib.

Daha sonra universitetin tələbələri Azərbaycan-İordaniya arasındakı əlaqələr haqqında iştirakçılara məlumat veriblər.

Tədbir ADU tələbələri tərəfindən hazırlanmış bədii proqramla yekunlaşıb. Bədii hissədə İordaniya və Azərbaycan xalq mahnıları ifa olunub.

Son xəbərlər

Orphus sistemi