ADU-da "Amerika Günləri Festivalı"nın bağlanış mərasimi keçirilib

ADU-da "Amerika Günləri Festivalı"nın bağlanış mərasimi keçirilib Tədbir konsert proqramı ilə yekunlaşıb
Elm və təhsil
20 May , 2016 17:50
ADU-da Amerika Günləri Festivalının bağlanış mərasimi keçirilib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-ın Azərbaycandakı səfirliyi və ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) birgə təşkil etdiyi “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirilib.

ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən xəbərə görə, “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə ilk öncə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova "Amerika Günləri Festivalı" həftəsinin uğurla başa çatdığını qeyd edərək universitet tələbələrinin də bu proqramda fəal iştirak etdiyini vurğulayıb. 

O, bunun nəinki Bakıda, eyni zamanda Azərbaycanın bir sıra bölgələrində də qeyd olunduğunu bildirib.

Amerikanın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stiven Qays Azərbaycan Dillər Universitetinin rəhbərliyinə əməkdaşlıq üçün təşəkkür edib. O, “Amerika Günləri Festivalı”nın böyük proqram olduğunu və bunun bir çox bölmələri əhatə etdiyini vurğulayıb. 

Tədbir konsert proqramı ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi