ADNSU tələbələri “Petkim” şirkətində istehsalat təcrübəsi keçiblər

ADNSU tələbələri “Petkim” şirkətində istehsalat təcrübəsi keçiblər 5 nəfər tələbə İzmirdəki “Petkim” şirkətində olub
Elm və təhsil
7 Sentyabr , 2016 17:24
ADNSU tələbələri “Petkim” şirkətində istehsalat təcrübəsi keçiblər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kimya Texnologiya” fakültəsinin 5 nəfər tələbəsi Türkiyə Cümhuriyyətinin İzmir şəhərində “Petkim” (Petrokimya) şirkətində təşkil olunan istehsalat təcrübəsini başa vurublar.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən "Report"a verilən məlumta görə, avqustun 1-dən 27-dək şirkətin bir çox müəssisəsində olan tələbələr tikinti-quraşdırma işləri, müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olublar. Şirkətin mühəndisləri tələbələrə təhlükəsizlik qaydaları üzrə təlimatlar keçib və şirkətdə gedən proseslər barədə məlumat veriblər.

Təcrübənin sonunda tələbələrə “Petkim” şirkəti tərəfindən sertifikatlar təqdim olunub.

Məqsəd tələbələrə geniş istehsalat təcrübələri üçün şərait yaratmaq, eyni zamanda tələbələrin yeni nəsil texnologiyaları yaxından öyrənməsi olub. Təcrübənin sonunda ölkəyə geri dönən tələbələr hesabat hazırlayaraq təkliflərini veriblər.

Son xəbərlər

Orphus sistemi