ADNSU kitabxanası müasir tələblərə uyğun yenidən qurulacaq

ADNSU kitabxanası müasir tələblərə uyğun yenidən qurulacaq Britaniyanın Lester Universitetinin nümayəndələri ADNSU-da olub
Elm və təhsil
4 May , 2016 10:53
ADNSU kitabxanası müasir tələblərə uyğun yenidən qurulacaq

Bakı. 4 may. REPORT.AZ/ Böyük Britaniyanın Lester Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin Strateji Əməkdaşlıq şöbəsinin direktoru Maykl Qrin və Mərkəzi Asiya üzrə regional menecer Assel Bazilgalamova Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU) universitetinin qonağı olublar. 

ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, britaniyalı nümayəndələr ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə görüşüblər. 

Səfər hər iki universitetinin beynəlxalq əməkdaşlıq şöbələrinin “ADNSU kitabxanasının yenidən qurulmasında Lester Universitetinin dəstəyi” ilə bağlı Britiş Konsuldan birgə qazanılmış qrant layihəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi ADNSU kitabxanasının müasir tələblərə uyğun yenidən qurulmasında Lester təcrübəsindən istifadə etməkdir. Bu məqsədlə M.Qrin universitetin kitabxanası ilə yaxından tanış olub. Qonaq kitabxananın mövcud resursları və inzibati idarə olunması haqqında ətraflı məlumatlar əldə edib.

Lester nümayəndəsi onu da vurğulayıb ki, Lester Universiteti Erasmus+Beynəlxalq Kredit Mobilliyi çərçivəsində ADNSU ilə mübadilə üçün müraciət etdiyi qrant layihəni qazanıb. Bu layihə üçün qazanılmış qrant qarşıdakı iki il ərzində ADNSU və LU arasında tələbə, akademik və inzibati heyətin mübadiləsininin maliyyələşdirilməsinə xərclənəcək.

Xatırladaq ki, Lester Universiteti ilə əməkdaşlıq 2015-ci ilin noyabr ayında Britiş Konsulun təşkil etdiyi təhsil sərgisində qurulub və memorandumla rəsmiləşdirilib. Beynəlxalq Əməkdaşlıq Ofisinin Lester Universiteti ilə sıx əlaqələri artıq iki beynəlxalq layihəyə uğurlu müraciətlə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi