ADNSU-da neft və sənayenin ayrı-ayrı sahələri üzrə yeni nəşrlərin sərgisi açılıb - SİYAHI

ADNSU-da neft və sənayenin ayrı-ayrı sahələri üzrə yeni nəşrlərin sərgisi açılıb - SİYAHI Müəllim və tələbələr sərgidə təqdim olunan kitablarla tanış ola bilərlər
Elm və təhsil
14 Sentyabr , 2016 17:41
ADNSU-da neft və sənayenin ayrı-ayrı sahələri üzrə yeni nəşrlərin sərgisi açılıb - SİYAHI

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı Kitabxanası Oxu zalında universitetin profilinə uğun kitab və jurnallar, elmi məqalələrdən ibarət sərgi açılıb.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni tədris ilinin başlanması münasibətilə təşkil olunan sərgidə Azərbaycan, rus, ingilis dillərində müxtəlif elm sahələrinə aid kitablar, lüğətlər və dərs vəsaitləri, müəllimlərin mühazirələri, qəzetlər və digər nəşrlər təqdim olunub. Sentyabrın 15-dən etibarən müəllim və tələbələr sərgidə təqdim olunan kitablarla tanış ola bilərlər.

Sərgidə nümayiş olunacaq kitabların siyahısı:

1. Yusifzadə X. Neft qaz quyularının qazılmasında nanotexnologiyalar

2. Охрана интеллектуальной собственности патентоведение

3. Rzayev G. Quyu daxili lövbər avadanlıqlarının iş görmə qabiliyyətinin yüksəldilməsi

4. Səbzəliyev M.M. Diferensial tənliklərin Matlab paketində həllinə aid metodiki vəsait

5. Шахбазов Э. Нанотехнологии в нефтяной промышленности

6. Шахбазов Э. Разработка нано систем на основе бентонита

7. Шахбазов Э. Научные основы системы нанопав. Для бурения добычи нефти газа

8. Azərbaycanca-rusca-ingiliscə neft terminləri lüğəti

9. Mühəndis qrafikası kursundan qrafiki işlərin yerinə yetirilməsinə aid metodik göstəriş və fərdi tapşırıqlar

10. Rəsulov S.R. və b. Həyat fəaliyyətinin təhlükəsizliyi

11. Elektrik enerjisinin ötürülməsi və paylanması

12. Elektrik veriliş xətlərinin mexaniki hissəsi

13. Elektrik enerjisinin ötürülməsi və paylanması fənnindən kurs layihəsinə rəhbərlik

14. Hüseynov Ə.Ə. Diskret riyaziyyat və riyazi məntiq

15. İngiliscə-rusca-azərbaycanca neft terminləri lüğəti

16. İnformasiya texnologiyaları üzrə ingiliscə-azərbaycanca izahlı terminoloji lüğət

17. Habibov I.A. Baghirova C.S. Engineering drawing

18. Rus dili fənni üzrə proqram. Rus dilində təhsil alan ali məktəbə qədər əcnəbi vətəndaşlar üçün.

19. Алиев Р. Информатика

20. Əliyev R.R., Əliyev R.Ə. Avtomatik idarəetmə nəzəriyyəsi

21. Azərbaycan Ali Texniki məktəblərinin xəbərləri

22. Məhərrəmov A.M., Əliyev İ.Ə. Heterotsiklik birləşmələr kimyası

23. Məmmədov F. Kulturologiya , mədəniyyət, sivilizasiya

24. Süxurların partlayışla dağıdılması fənnindən kurs işi və buraxılış işinin “Qazıma partlayış işləri” bölməsini layihələndirmək üçün metodik vəsait

25. ADNA-nın bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin istehsalat, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrinin səmərəli təşkilinin aparılmasına və nəticələrinin qiymətləndirilməsinə dair metodik iş göstəriş.

Son xəbərlər

Orphus sistemi