​ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

​ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Sənəddə Avropa qrant layihələri çərçivəsində birgə elmi tədqiqatların aparılması qeyd olunub
Elm və təhsil
22 Dekabr , 2014 11:25
​ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun (QMTTİ) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.  "Report"un xəbərinə görə, rektor, professor Ədalət Muradov qonaqlara universitet haqqında məlumat verib. Onlara universitetin beynəlxalq əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan mütəxəssisləri ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə qoşulur. Həmçinin, rektor Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə ADİU-nun professor-müəllim heyətinin birgə magistr hazırlığı həyata keçirəcəyini də qeyd edib. Rektor universitetin imicinin yaxşılaşdırılması, professor-müəllim heyətinin peşəkarlığının daha da artırılması və dünya təcrübəsinin öyrənilməsi baxımından bu əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun prorektoru Siskos Evangelos ADİU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Sonra ADİU ilə Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu arasında “Neft və qazın idarə olunması və nəqli” üzrə Magistr proqramına dair beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.

Sənəddə universitetlər arasında tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfransların, seminarların keçirilməsinə dair məsələlər öz əksini tapıb. Həmçinin, Avropa qrant layihələri çərçivəsində birgə elmi-tədqiqatların aparılması, qarşılıqlı mədəni əlaqələrin artırılması da sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi