ADİU-da əcnəbi tələbələrin qəbul qaydaları elektronlaşdırılıb

ADİU-da əcnəbi tələbələrin qəbul qaydaları elektronlaşdırılıb Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək
Elm və təhsil
1 İyul , 2015 14:32
ADİU-da əcnəbi tələbələrin qəbul qaydaları elektronlaşdırılıb

Bakı. 19 iyun . REPORT.AZ/Əcnəbi tələbələrin Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) qəbul qaydaları elektronlaşdırılıb. "Report" xəbər verir ki, ADİU 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulu elan edir. Təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır.

Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyə məktubu da tələb olunur.

Növbəti mərhələdə isə abituriyentlər "Skype" vasitəsilə müsahibəyə dəvət ediləcək.

Qeyd edək ki, sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi