"ADA" Universitetinin 33 tələbəsi növbəti semestrdə təhsillərini 15 ölkədə davam etdirəcək

"ADA" Universitetinin 33 tələbəsi növbəti semestrdə təhsillərini 15 ölkədə davam etdirəcək Bunun üçün tələbələr yüksək akademik göstəricilər nümayiş etdirməli və universitetdaxili qəbul müsahibəsindən keçməlidirlər
Elm və təhsil
21 Yanvar , 2016 21:36
ADA Universitetinin 33 tələbəsi növbəti semestrdə təhsillərini 15 ölkədə davam etdirəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Yaz semestrinə başlayan "ADA" Universitetinin 33 tələbəsi bu yarımilliyi dünyanın 15 müxtəlif ölkənin universitetlərində təhsil mübadiləsində davam edəcəklər. Universitetdən "Report"a verilən xəbərə görə, mübadilədə iştirak etmək üçün tələbələr yüksək akademik göstəricilər nümayiş etdirməli və universitetdaxili qəbul müsahibəsindən keçməlidirlər.

Qarşılıqlı olaraq ABŞ, Çin, Böyük Britaniya, Fransa, Türkiyə və Cənubi Koreya universitetlərindən bir qrup xarici tələbə bu semestri "ADA" Universitetində təhsil mübadiləsində keçirirlər.

Bu ildən etibarən “ADA” Universiteti tərəfdaş universitetlərinin sırasına daha üçünü - Kaunas Texnologiya Universiteti, Stokholm İqtisadiyyat Məktəbi və Hayfa Universitetini əlavə edərək, mübadilə haqda anlaşma memorandumu bağladığı tərəfdaş universitetlərin sayını 18-ə çatdırıb.

Son xəbərlər

Orphus sistemi