​ADA Universitetində Üçüncü Karyera Həftəsi keçirilib

​ADA Universitetində Üçüncü Karyera Həftəsi keçirilib Karyera Həftəsində tələbələrə 70-ə qədər vakansiya təklif olunub
Elm və təhsil
1 Mart , 2015 15:28
​ADA Universitetində Üçüncü Karyera Həftəsi keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ ADA Universitetinin “Karyera Hazırlıq Mərkəzi” 26-27 fevral, 2015-ci il tarixlərində artıq ənənəyə çevrilmiş sayca Üçüncü Karyera Həftəsini uğurla başa vurdu.

ADA-nın Ictimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, Karyera Həftəsinin məqsədi müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə ADA Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir.

Karyera Həftəsi çərçivəsində həm də Karyera Sərgisi təşkil olunub. Karyera sərgisində tələbələrə tam və yarım-ştat, təcrübə və könüllülük imkanları da daxil olmaqla 70-ə qədər vakansiya təklif olunub. Təklif olunan vakansiyalar bankçılıq, telekommunikasiya, dövlət orqanları, konsaltinq, turizm, neft və qaz və digər sahələr üzrə idi.

Karyera Hazırlıq Mərkəzinin rəhbəri Gülnur İsmayıl Karyera Həftəsi barədə danışaraq deyib ki, bu tədbirin məqsədi düzgün karyera seçimi etməkdə yardım etmək və tələbələrə yol göstərməkdir: “Məhz bu səbəbdən potensial işəgötürənlə görüşmək, şirkətin iş və işçi dəyərləri haqqında öyrənmək strateji baxımdan tələblər üçün çox önəmlidir”.

Son xəbərlər

Orphus sistemi